İlham Əliyev BƏƏ şirkət rəhbərləri ilə görüşdü: Enerji sahəsində əməkdaşlıq
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “2PointZero”, “International Holding Company” və “International Resources Holding” şirkətlərinin rəhbərlərini qəbul edib. Görüşdə əsas müzakirə mövzusu enerji sahəsində əməkdaşlıq olub.
Rock.News xəbər verir ki, “2PointZero” şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyan BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlət başçısına çatdırıb. Qonaq BƏƏ-nin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyini vurğulayıb.
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın bu ilin sentyabrında Qarabağa səfərini məmnunluqla xatırlayıb. Tərəflər siyasi, iqtisadi-ticari, neft-qaz və digər istiqamətlərdə əlaqələrin inkişafını müzakirə ediblər. Enerji infrastrukturu, bərpaolunan enerji, investisiyalar, informasiya texnologiyaları və mədən sənayesi sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.