Hikmət Hacıyev Qətər naziri ilə görüşdü: Əməkdaşlıq müzakirəsi!

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Qətərdə “Doha Forumu” çərçivəsində Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint əli bin-Nasser əl Misnad ilə görüşüb.

Rock.News xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün X hesabında məlumat yayıb.

Görüşdə iki ölkə arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın intensivləşdirilməsi məsələləri müzakirə olunub.