Hacıyev və Qriqoryan Dohada "Sülh naminə Vaşinqton" panelində bir araya gəldi

Prezidentin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Dohada birgə panel müzakirəsində iştirak ediblər.

Rock.News xəbər verir ki, müzakirə “Ermənistan-Azərbaycan davamlı sülhü: Vaşinqton sazişi və birgə gələcək” mövzusunda olub. Hikmət Hacıyev bu barədə X hesabında paylaşım edib.

Hacıyev qeyd edib ki, tərəflər Vaşinqton razılaşmalarının həyata keçirilməsi çərçivəsində atılan addımları, sülhün iqtisadi faydasını, nəqliyyat-kommunikasiya əlaqələrini və etimad quruculuğu prosesini müzakirə ediblər. O, Azərbaycanın Cənubi Qafqaz regionunu davamlı sülh və rifah zonasına çevirmək niyyətini vurğulayıb.