DTX BBC-ni Təkzib Etdi: Tbilisidə Qadağan Olunan Maddə İşlədilməyib!

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) BBC-nin Tbilisidəki etirazlarda qadağan olunmuş maddələrin istifadəsi ilə bağlı iddialarını təkzib edib.

Rock.News xəbər verir ki, DTX istintaq zamanı 2024-cü ilin dekabrında kütləvi iğtişaşların qarşısını almaq üçün xlorbenzilidin malonitrilin istifadə olunduğunu, həlledici kimi isə propilenqlikoldan istifadə edildiyini müəyyən edib.

DTX-nin məlumatında qeyd olunur ki, bu maddələrin heç biri qadağan olunmuş kateqoriyasına aid deyil. BBC telekanalının süjetində əsaslandığı məlumatları təqdim edən şəxslər dindirilib və onlar nəticələrinin zəhərli "kamit" maddəsi ilə bağlı olduğunu inkar ediblər.

Xatırladaq ki, BBC ötən il Tbilisidəki aksiyaların dağıdılmasında Birinci Dünya müharibəsi dövrünə aid zəhərli maddələrin istifadə olunduğunu iddia etmişdi. Hakim "Gürcü Arzusu" partiyası telekanalı böhtana görə Beynəlxalq Ədalət Məhkəməsinə verməyi planlaşdırır.