Dow Jones Yüksəldi, FTSE 100 Gerilədi: Dünya Fond Bazarlarında Son Durum
Amerika fond bazarlarında Dow Jones indeksi 0,22% artaraq 47,954.99 bəndə yüksəlib. S&P 500 indeksi 0,19% artımla 6,870.40 bəndə, Nasdaq indeksi isə 0,31% artaraq 23,578.13 bəndə çatıb.
Rock.News xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,45% azalaraq 9,667.01 bəndə düşüb. Almaniyanın DAX indeksi 0.61% artaraq 24,028.14 bəndə yüksəlib, Fransanın CAC-40 indeksi isə 0,09% azalaraq 8,114.74 bəndə geriləyib.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,02% azalaraq 1.1642 dollar təşkil edib.