Bakıda рекорд yağıntı: Aylıq normanın 64%-i yağdı
Dekabrın 6-sı saat 11:00-a olan faktiki hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında aylıq normanın 64%-i həcmində leysan xarakterli yağış yağıb.
Rock.News xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 19 mm, Lerikdə 2 mm, Qusarda isə 1 mm təşkil edib. Şərur, Sədərək, Şəmkir, Qobustan, Sabirabad və Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.