Bakıda Leysan, Dağlarda Qar: Hava Xəbərdarlığı!
Bakıda və Abşeron yarımadasında dekabrın 7-si axşamdan 10-u axşamadək араbіr yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.
Rock.News xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bu barədə məlumat yayıb.
Azərbaycanın rayonlarında isə dekabrın 7-si səhər qərb rayonlarından başlayaraq 11-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Qazax-Gəncə, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgələrində yağıntının leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.
Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.