Azərbaycan nefti bahalaşdı: Bir barel 67 dollara yaxınlaşır

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Rock.News xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0.41 ABŞ dolları və ya 0.62% artaraq 66.95 ABŞ dollarına bərabər olub.

Azərbaycan neftinin əvvəlki qiyməti 66.54 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.