Vergi saxtakarlığına görə cərimələr artırılır: Yeni qanun
Vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən təhrif olunmuş məlumatlara görə cərimələr artırılır.
Rock.News xəbər verir ki, bu dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Hazırda qeydiyyatda olmayan şəxslər tərəfindən məlumatların təqdim edilməməsinə görə fiziki şəxslər 50 manat, hüquqi şəxslər 100 manat cərimə edilir.
Layihəyə əsasən, fiziki şəxslər üçün cərimə 300 manata, hüquqi şəxslər üçün isə 1000 manata qədər artırılacaq.