Tramp Ukrayna müharibəsinin bitəcəyini AÇIQLADI: "Səkkiz müharibəni dayandırdım!"

Ukrayna münaqişəsinin həlli yaxın gələcəkdə reallaşa bilər. Bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Con Kennedi İncəsənət Mərkəzində 2026-cı il futbol üzrə dünya çempionatının qrup mərhələsinin püşkatma mərasimində danışıb.

Rock.News xəbər verir ki, Tramp çıxışında "Mən səkkiz müharibəni dayandırmışam və doqquzuncusu da yaxınlaşır. Bunu heç kim etməyib" deyib.

Xatırladaq ki, dekabrın 4-də də Donald Tramp Ukraynada müharibənin tezliklə bitəcəyinə əmin olduğunu bildirmişdi.