Şolts və Paşinyan Bakı-İrəvan sülhünü müzakirə edəcək - Berlin danışıqları

Almaniya Kansleri Olaf Şolts dekabrın 9-da Berlində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Görüşdə əsas müzakirə mövzusu Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi olacaq.

Rock.News xəbər verir ki, bu barədə Almaniya hökumət nümayəndəsinin müavini Sebastyan Hille məlumat verib. Görüşdə ikitərəfli iqtisadi əməkdaşlıq və regional məsələlər də müzakirə olunacaq.

Hille-nin sözlərinə görə, Şolts Paşinyanı hərbi mərasimlə qarşılayacaq. Danışıqların yekununda liderlərin birgə mətbuat konfransı planlaşdırılır.