Sırski ŞOK etdi: Ukrayna əraziləri Uğrunda Ölümə Hazırıq!

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bəyan edib ki, ölkəsi heç bir halda öz ərazisindən imtina etməyəcək. Bu bəyanat Ukrayna ictimaiyyətində geniş rezonans doğurub.

Rock.News xəbər verir ki, Sırski RBK-Ukraina-ya müsahibəsində bu barədə açıqlama verib. Baş komandanın sözlərinə görə, Ukrayna üçün “ədalətli sülh” heç bir ilkin şərt qoyulmadan, ərazi güzəştləri tələb olunmadan və hazırkı təmas xətti boyunca atəşin dayandırılması ilə mümkündür.

Sırski əlavə edib: “Əlbəttə, bizim üçün sadəcə ərazini təhvil vermək qəbuledilməzdir. Ümumiyyətlə, torpağımızdan imtina etmək nə deməkdir? Biz bunun üçün mübarizə aparırıq və buna görə də ərazilərimizi vermirik”.