Saxta Rezidentlik Məlumatına Görə Cərimə Gəlir: Nə Qədər Ödəyəcəksiniz?
Azərbaycan beynəlxalq müqavilələrə əsasən maliyyə məlumatlarının mübadiləsini həyata keçirir. Bu məqsədlə şəxsin rezidentliyini təsdiq edən saxta məlumat və sənədlər təqdim edildikdə, cərimələr tətbiq olunacaq.
Rock.News xəbər verir ki, bu məsələ Milli Məclisin komitələrində müzakirə olunan “İnzibati Xətalar Məcəlləsinə” təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, banklar və digər maliyyə qurumları hesab açarkən və ya xidmət göstərərkən, şəxslərdən rezidentliklə bağlı məlumatlar tələb edəcək. Yanlış məlumat verildiyi və ya rezidentlik statusu dəyişdiyi halda bu barədə vaxtında məlumat verilmədikdə, fiziki şəxslər 300 manat, hüquqi şəxslər isə 1000 manat cərimə ödəməli olacaqlar.