Qərbi Azərbaycan İcması UNESCO-ya müraciət etdi: Mədəni İrs Bərpa Olunsun!
Qərbi Azərbaycan İcması, bölgədəki mədəni irsin bərpası üçün UNESCO-ya rəsmi müraciət edib. Müraciətin əsas məqsədi, Ermənistan ərazisindən didərgin düşmüş azərbaycanlıların mədəni irsinin bərpasını təmin etməkdir.
Rock.News xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda keçirilən III Beynəlxalq Konfransda bildirib.
Ələkbərov qeyd edib ki, Qərbi Azərbaycanda əcdadlarımızın yaratdığı mədəni irs nümunələri erməni vandalizminə məruz qalıb və bu məsələnin beynəlxalq səviyyədə diqqətə çatdırılması vacibdir.