Qarabağda yeni sərvətlər: 50-dən çox inşaat materialı yatağı tapıldı!

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan geoloji kəşfiyyat işləri nəticəsində 50-dən artıq yeni inşaat materialları yatağı aşkarlanaraq istifadəyə verilib.

Rock.News xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədr müavini Şahin Ataşov Şuşada keçirilən Ekoloji Məsələlər üzrə İşçi Qrupunun iclasında məlumat verib.

Hidrogeoloji tədqiqatlar nəticəsində Qarabağ və Cəbrayıl dağətəyi düzənliklərinin yeraltı su ehtiyatları yenidən qiymətləndirilib. Filiz faydalı qazıntı yataqlarının axtarışı zamanı Ağdam rayonunun Çullu və Xocavənd rayonunun Binə sahələrində perspektivli sahələr tapılıb. Füzuli rayonu Yal Pirəhmədli kəhrizi, Cəbrayıl rayonu Çinar kəhrizi, Daş Veysəlli kənd kəhrizlərində bərpa işləri aparılır. Hüseynağa kəhrizi və Hovusluda 6 kəhriz bərpa olunub.