"Mortal Kombat"ın Şanq Tsunqu Keri-Hiroyuki Taqava dünyasını dəyişdi: Şok xəbər
“Mortal Kombat” filmindəki Şanq Tsunq rolu ilə məşhurlaşan aktyor Keri-Hiroyuki Taqava 75 yaşında vəfat edib. Onun vəfatı sənət dünyasında böyük üzüntü ilə qarşılanıb.
Rock.News xəbər verir ki, aktyor ailəsinin yanında insult keçirib və bunun ağırlaşmalarından dünyasını dəyişib. Onun vəfatı pərəstişkarlarını sarsıdıb.
Taqava həmçinin "Sonuncu İmperator", "Bir Geyşanın Xatirələri" və "Yüksək Qaladakı Adam" kimi filmlərdəki rolları ilə də tanınır. Onun sənətə verdiyi töhfələr unudulmayacaq.