Əli Kərimlinin həbsi qüvvədə: Apellyasiya Məhkəməsi qərarı dəyişmədi

AXCP sədri Əli Kərimlinin həbsi ilə bağlı apellyasiya şikayəti təmin edilmədi. Məhkəmə onun barəsindəki həbs qətimkan tədbirini qüvvədə saxladı.

Rock.News xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə proses keçirilib. Məhkəmə Səbail Rayon Məhkəməsinin Əli Kərimli barəsində seçdiyi 2 ay 15 gün həbs qətimkan tədbirini dəyişdirməyib.

Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Xatırladaq ki, Əli Kərimli və Məmməd İbrahimli Ramiz Mehdiyevin cinayət işi çərçivəsində DTX-də dindirilmişdilər. Ramiz Mehdiyev də Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunur.