Əkin Yandıranlara Zərbə: Cərimələr Artırılır, Həbs Gözlənilir

Əkin sahələrini yandıran şəxslərə qarşı cərimələr sərtləşir, hətta inzibati həbs də tətbiq oluna bilər. Təkrar əmələ görə cəzalar daha da artırılır.

Rock.News xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər əkin yerlərinin yandırılmasına görə cəzaları artırmağı nəzərdə tutur.

Layihəyə əsasən, fiziki şəxslər 400-600 manat, vəzifəli şəxslər 1500-2000 manat cərimə ediləcək. Təkrar əməl törədənlər isə daha ağır cəzalara məruz qalacaqlar: fiziki şəxslər 600-800 manat, vəzifəli şəxslər 2000-2500 manat cərimə ediləcək, hüquqi şəxslər üçün isə bu məbləğ 6000-7000 manata qədər yüksələcək. Həmçinin, işin hallarından asılı olaraq, bir aydan iki ayadək inzibati həbs də tətbiq oluna bilər.