InvestAZ Universitetdə Kripto Seminarı Keçirdi: Tələbələr Şokda!
Rock.News xəbər verir ki, seminarın əsas məqsədi tələbələrə kapital bazarlarının müasir dinamikası, qlobal maliyyə trendlərinin yerli bazara təsiri, rəqəmsal aktivlərin iqtisadi mahiyyəti və investisiya strategiyaları barədə məlumat vermək olub. Tədbirdə həm nəzəri, həm də praktiki biliklər nümayiş etdirilib.
Seminarın əsas məruzəçisi Rövşən Məmmədov kapital bazarlarında qiymət dinamikasının formalaşma prinsipləri, investor davranışı və risklərin idarə olunması mexanizmləri barədə danışıb. Rəşad Mustafayev isə Bitcoin və kriptovalyuta bazarının vəziyyəti, rəqəmsal aktivlərin iqtisadi dəyəri və bazarın gələcək inkişaf perspektivləri barədə məlumat verib.
Tədbir interaktiv şəkildə davam edib və tələbələrin sualları cavablandırılıb. InvestAZ şirkəti ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.
BAAU və InvestAZ arasında qurulan bu əməkdaşlıq modeli yüksək ixtisaslı kadrların hazırlanması üçün əhəmiyyətlidir.