İlham Əliyev 'Etibarlı Tərəfdaş Konsepsiyası'nı Təsdiqlədi

Prezident İlham Əliyev “Etibarlı Tərəfdaş Konsepsiyası”nı təsdiqləyərək bu sahədə mühüm addım atdı.

Rock.News xəbər verir ki, sərəncamla Nazirlər Kabinetinə konsepsiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət etmək tapşırılıb. Həmçinin, Nazirlər Kabineti icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat verməlidir.

Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.