Horovlu sakini: Gənclərin kəndə qayıtması ümidləri doğrultdu

Cəbrayıl rayonunun Horovlu kəndinə qayıdan sakinlərdən Çiçək İsmayılova 30 illik həsrətdən sonra doğma torpağa qayıdışın sevincini bölüşüb. O, bu günün gəlişi üçün canlarını fəda edən şəhidləri yad edib, qazilərə can sağlığı arzulayıb və Prezidentə minnətdarlığını bildirib.

Rock.News xəbər verir ki, Çiçək İsmayılova kəndə daxil olarkən keçmiş xatirələrini yada salıb. O, bu kənddə xoşbəxt günlər keçirdiklərini, atasının köçkünlük illərində dünyasını dəyişdiyini qeyd edib. İndi gənc nəslin kəndə qayıtması xüsusilə sevinc doğurur. Bütün keçmiş məcburi köçkünlərə bu günü yaşamağı arzulayıram.