HAMAS: Qəzzanı idarə etmək fikrimiz yoxdur, texnokratlar idarə etsin!

HAMAS Qəzza Zolağını idarə etmək niyyətində olmadığını bəyan edib. Təşkilat növbəti mərhələdə Qəzzanın texnokratik komitə tərəfindən idarə olunmasına razılıq verib.

Rock.News xəbər verir ki, bu barədə yüksək səviyyəli HAMAS rəsmisi “Al Arabiyya” kanalına məlumat verib. Adı açıqlanmayan rəsmi bildirib ki, HAMAS Qəzzanı idarə etməyə davam etmək istəmir.

HAMAS nümayəndəsi əlavə edib ki, təşkilat texnokratik komitədə yer tutması üçün təklif olunan şəxsləri tanıyır və onların komitə üzvü olmasına razıdır. O həmçinin qeyd edib ki, danışıqlarda irəliləyişlər olsa da, İsrail razılaşdırılmış addımların praktiki icrasına mane olur.

Rəsmi vurğulayıb ki, Qəzzada xidmət edəcək beynəlxalq qüvvələr sadəcə monitorinq funksiyası daşıyacaq və anklavın idarəsinə, daxili işlərinə müdaxilə etməyəcəklər.