GICHD direktoru Privitelli minadan təmizləmə məqsədilə Bakıya gəlir
Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov İsveçrədə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) direktoru Tobias Privitelli ilə görüşüb. Görüşdə minatəmizləmə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Rock.News xəbər verir ki, Əmirbəyov mina probleminin miqyası barədə məlumat verib və əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını bildirib. Tərəflər 2025-ci il iyulun 7-də imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıblar.
Privitelli Azərbaycanın səylərini yüksək qiymətləndirib və əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib. O, gələn həftə Azərbaycana planlaşdırılmış səfərinin əhəmiyyətini vurğulayıb və səfər zamanı azərbaycanlı həmkarları ilə əməkdaşlığın istiqamətlərini müzakirə etməyi planlaşdırdığını qeyd edib. Əmirbəyov Privitellinin səfərinin əməkdaşlığı gücləndirəcəyini bildirib və işğaldan azad edilmiş ərazilərə baş çəkməyi tövsiyə edib.