Eldar İsgəndərov Hollivudda Diaz və Del Toro ilə Eyni Filmə Çəkilir!
Azərbaycanlı aktyor Eldar İsgəndərov, Qrant Singerin "Reenakt" filmində Benisio del Toro və Kameron Diaz kimi ulduzlarla bir araya gələcək.
Rock.News xəbər verir ki, aktyorun rolu və filmin süjeti hələlik gizli saxlanılır. Çəkilişlərin bu ilin sonlarında Los-Ancelesdə başlaması planlaşdırılır.
Əslən Azərbaycandan olan Eldar İsgəndərov Hollandiya və Belçikada böyüyüb, Savanna İncəsənət və Dizayn Kollecinin məzunudur. Bu, onun bu ilki üçüncü filmidir. O, həmçinin Jesse Eisenbergin musiqili komediyasında və Jordan Firstmanın "Club Kid" filmində də rol alıb.