Əcnəbilərə 10 Milyon Manat "Tax Free" Qaytarıldı: Rekord Rəqəm!
2023-cü ilin yanvar-noyabr aylarında xarici vətəndaşlara respublika ərazisində aldıqları mallara görə 9 milyon 819,7 min manat ƏDV (Tax Free) qaytarılıb.
Rock.News xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Hesabat dövründə pərakəndə ticarət və iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 172 milyon 323,4 min manat olub.