Cloudflare-dəki nasazlıq Azərbaycanda saytları "yıxdı"

Bu gün Cloudflare-in qlobal infrastrukturunda baş verən fasilələr Azərbaycanda Cloudflare xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanmaya səbəb olub.

Rock.News xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Dayanmalara səbəb kimi Cloudflare-in son günlərdə "Aisuru botnet" tərəfindən həyata keçirilən rekord həcmli DDoS hücumlarını dəf etməsi ilə əlaqəli yük artımı göstərilir. Şirkət hücumları neytrallaşdırsa da, qlobal trafikdə yaranan dalğalanmalar bəzi lokal resursların əlçatanlığında qısamüddətli problemlərə səbəb olub.

Hazırda xidmətlər tam bərpa edilib və sabit fəaliyyət göstərir.