Cəbrayıllı Yamil: Horovluya qayıdış - Övladlarım mənim yaşımda

Cəbrayıl rayonunun Horovlu kəndinə qayıdan Yamil Cəfərov, doğma yurdunu tərk edəndə 12 yaşında olduğunu və uzun illər Bakıda yataqxanada çətin şəraitdə yaşadıqlarını bildirib. İndi isə övladları onun vaxtilə kənddən çıxdığı yaşda Horovluya qayıdır.

Rock.News xəbər verir ki, Yamil Cəfərov bu sevinci yaşamaqda onlara dəstək olan hər kəsə, xüsusilə şəhidləri yad edərək Prezidentə təşəkkürünü çatdırıb.

O, kənddəki yaşıllıqların işğal dövründə məhv edildiyini, lakin dövlət tərəfindən bərpa olunduğunu da qeyd edib.