Bakıda sabah yağış: Hava şəraiti kəskin dəyişəcək

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında yağışın tədricən kəsiləcəyi proqnozlaşdırılır.

Rock.News xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti cənub-şərq küləyinin axşam şimal-qərb küləyi ilə əvəz olunacağını bildirib. Havanın temperaturu gecə 8-10, gündüz 12-15 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Havanın temperaturu gecə 3-8, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.