Bakı İƏT Festivalına hazırlaşır: 50 ölkədən 300 nümayəndə qatılacaq
Rock.News xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müavini Səadət Yusifova “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” çərçivəsində təşkil edilən mətbuat konfransında məlumat verib.
Nazir müavini festivalın ölkəmizin multikultural dəyərlərə göstərdiyi hörmətin nəticəsi olduğunu vurğulayıb. Tədbir İƏT daxilində həmrəyliyin möhkəmlənməsinə imkan yaradacaq. Festival vasitəsilə ölkəmizin gənc istedadları da tanıdılacaq. Tədbir çərçivəsində müxtəlif ölkələrin kino sahəsində çalışan mütəxəssislərinin iştirakı ilə panellər təşkil olunacaq. Tədbirdə müxtəlif mədəni layihələrin təşkili planlaşdırılır. Bu, ölkəmizin regionda yaradıcı mədəni ölkə kimi formalaşmasına şərait yaradacaq və yeni ideyaların, qlobal layihələrin birgə hazırlanmasına töhfə verəcək.