AZSTAND ötən ilin gəlir və xərclərini AÇIQLADI: Mənfəət nə qədərdir?
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 2023-cü il üzrə gəlir və xərclərini açıqlayıb.
Rock.News xəbər verir ki, qurum ötən il 3 036 521,41 manat gəlir əldə edib.
Hesabat dövründə AZSTAND-ın xərcləri 2 987 468,25 manat təşkil edib. Nəticədə, qurum 2023-cü ili 49 053,16 manat mənfəətlə başa vurub.
Qeyd edək ki, qurumun 2024-cü il üzrə maliyyə hesabatı kənar audit yoxlamalarına təqdim olunub və hazırda yoxlama prosesi davam edir.