Azərbaycanda Əmək Müqavilələri Rekord Artım Göstərdi: Rəqəmlər Açıqlandı

Azərbaycanda işəgötürənlərlə işçilər arasında bağlanan əmək müqavilələrinin sayında ciddi artım qeydə alınıb. Bu artım ölkə iqtisadiyyatında müşahidə olunan müsbət tendensiyaların göstəricisi kimi qiymətləndirilir.

Rock.News xəbər verir ki, 2023-cü il dekabrın 1-nə olan məlumata görə, ölkədə 1.905.398 əmək müqaviləsi bağlanıb. Dövlət Vergi Xidməti bu rəqəmin 2019-cu ilin əvvəli ilə müqayisədə 503 mindən çox artım olduğunu bildirib. Xüsusilə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 493.949 vahid artaraq 1.033.871-ə çatıb.