Azərbaycan və Tatarıstan birgə sənaye zonası qurur: Yeni nəqliyyat layihəsi!

Azərbaycan və Tatarıstan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Tərəflər birgə sənaye zonasının yaradılması istiqamətində aktiv iş aparır və nəqliyyat vasitələrinin istehsalı layihəsi üzrə əldə edilən nəticələri yüksək qiymətləndirirlər.

Rock.News xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstan Respublikası Baş nazirinin müavini Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ticarət, sənaye, energetika, logistika, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər, həmçinin Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi məsələlərinə toxunublar.