AİB: Azərbaycan nəqliyyatda "yaşıl" dövrə keçir - Yeni mərhələ!

Azərbaycan inkişafının həlledici onilliyində yaşıl artım və enerji keçidi prioritetdir. İqlimə davamlılıq ölkənin milli strateji hədəflərinə çevrilib.

Rock.News xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) ölkə üzrə direktoru Sunniya Durrani-Camal "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilə tərəfdaşlıq çərçivəsində dekarbonizasiya layihəsinin təqdimatında bildirib.

COP29-a ev sahibliyi emissiyaların azaldılması hədəflərini önə çıxarır. Azərbaycanın yaşıl mobillik sahəsində regional lider olmaq istəyi region ölkələrinə güclü mesajdır. Seminarda Azərbaycanın nəqliyyat sektorunun aşağı karbonlu transformasiyası müzakirə olunur.

Dəmir yolları yüksək enerji səmərəliliyi ilə seçilir. Azərbaycan regional və qlobal logistika, yükdaşımalar, Orta Dəhliz və Avro-Asiya bağlantılarında öz mövqeyini gücləndirir. AİB Sumqayıt–Yalama xəttinin inkişafına dəstək verib, dəmir yolu şəbəkəsinin elektrikləşdirilməsi üzərində işləyir.

ADY-nin enerji səmərəliliyi, bərpa olunan enerji inteqrasiyası, rəqəmsal idarəetmə vasitəsilə dekarbonizasiyada qlobal liderə çevrilməsi imkanları araşdırılır. Tövsiyələr ADY-nin korporativ strategiyası və Azərbaycanın milli iqlim məqsədləri ilə uyğun olmalıdır.