Aİ: Azərbaycan-Ermənistan sülhü Transxəzər üçün yeni üfüqlər açır

Ermənistan və Azərbaycan arasında əldə olunan sülh sazişi, Transxəzər marşrutunun inkişafı üçün geniş perspektivlər vəd edir.

Rock.News xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koşta Qazaxıstanın “Silk Way” telekanalına verdiyi müsahibədə bildirib.

Koşta, aprel ayında baş tutan Aİ–Mərkəzi Asiya sammitində Orta Dəhlizin inkişafını sürətləndirmək barədə razılığa gəlindiyini vurğulayıb. Onun sözlərinə görə, sülh sazişi Asiyanı Avropa ilə birləşdirən və Qara dənizə çıxışı təmin edən Transxəzər marşrutunun tam inkişafı üçün əhəmiyyətli imkanlar yaradır.