ADY rəhbəri: Dəmir yollarının emissiyası ölkə üzrə cəmi 0,5%-dir

Azərbaycan 2030-cu ilə qədər istixana qazları emissiyalarını 35%, 2050-ci ilə qədər isə 40% azaltmaq kimi mühüm hədəflər müəyyənləşdirib.

Rock.News xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Asiya İnkişaf Bankı (AİB) ilə tərəfdaşlıq çərçivəsində dekarbonizasiya layihəsinin təqdimatında bildirib.

Rüstəmov qeyd edib ki, ADY bu məqsədləri dəstəkləyir və onların reallaşdırılmasına töhfə verməyi öhdəsinə götürür. Dəmir yolu nəqliyyatı kütləvi daşımaların ən ekoloji təmiz formasıdır. ADY-nin ölkə üzrə ümumi emissiyalardakı payı 0,5%-dən az olsa da, atılan addımlar gələcək üçün böyük əhəmiyyət daşıyır. Layihə dekarbonizasiya, rəqəmsallaşma, rəqabətqabiliyyətlilik və təhlükəsizlik kimi prioritetləri əhatə edən “2030 Strateji İstiqamətləri”ni praktik addımlara çevirən əsas alətlərdən biridir.