ABŞ səfiri: Ankara S-400-ləri ləğv edir - Şok iddia

ABŞ-ın Türkiyədəki səfiri Tom Barak sensasiyalı açıqlama verərək Türkiyənin Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərini ləğv etməyə doğru getdiyini iddia edib.

Rock.News xəbər verir ki, səfir növbəti 4-6 ay ərzində S-400 problemi ilə bağlı məsələnin həllini tapacağını bildirib. Barak həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin baş naziri Benyamin Netanyahu arasında olan gərginliyin müvəqqəti olduğunu və iki ölkənin tezliklə ortaq dil tapacağını qeyd edib.

Xatırladaq ki, Türkiyənin Rusiyadan S-400 sistemləri alması 2019-cu ildə ABŞ tərəfindən F-35 qırıcıları proqramından çıxarılmasına səbəb olmuşdu. Türkiyənin F-35-lər üçün ABŞ-a ödədiyi 1.4 milyard dollar hələ də geri qaytarılmayıb.