Qızıl ucuzlaşdı: Bir unsiya neçəyədir?

Əmtəə bazarlarında qızılın qiyməti aşağı düşüb.

Rock.News xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,14% azalaraq 4 226,65 ABŞ dollarına düşüb.

Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,25% artaraq 58,765 ABŞ dolları olub.