Polşada vəba təxribatı: Rusiyanın əli var?
Polşada bir neçə iri donuz fermasının yerləşdiyi bölgədə Afrika donuz vəbasına yoluxmuş qaban cəsədinin tapılması ölkədə həyəcan yaradıb.
Rock.News xəbər verir ki, yoluxmuş qabanın cəsədi Lodz vilayətində, Piyotrkuv-Tribunalski şəhərinə yaxın ərazidə aşkarlanıb. Aparılan müayinələr göstərib ki, heyvan Afrika donuz vəbasına yoluxub. Bu xəstəlik insanlara keçmir, lakin bütün donuzlar üçün ciddi təhlükə mənbəyidir.
Ölkənin Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, bu bölgədə əvvəllər Afrika donuz vəbasına yoluxma halları qeydə alınmayıb.
Nazirlikdən bildirilib ki, baytarlıq inspektorluğu Afrika donuz vəbası ilə yoluxmuş ölü heyvan qalıqlarının qəsdən donuz fermalarının olduğu əraziyə gətirildiyini düşünür.
Kənd təsərrüfatı naziri Stefan Krayevski bildirib: «Biz təxribatı – o cümlədən “şərq izli” təxribatı istisna etmirik. Bu, Polşa biznesi və ərzaq təhlükəsizliyi üçün çox ciddi təhdiddir».