Kapital Bank-dan yeni zəfər: ISO 27001:2022 sertifikatını qazandı!
Kapital Bank informasiya təhlükəsizliyi idarəetmə sistemini gücləndirərək, ISO/IEC 27001:2022 sertifikatına layiq görülüb. Bu, bankın rəqəmsal ekosisteminin və müştəri xidmətlərinin kibertəhlükələrə qarşı yüksək səviyyədə qorunduğunu sübut edir.
Rock.News xəbər verir ki, bu standart banka qlobal tələblərə uyğun şəkildə fəaliyyət göstərməyə imkan verir. ISO/IEC 27001:2022 çərçivəsində qurulan idarəetmə modeli məlumatların qorunması, kiberrisklərin idarə olunması və müştəri məxfiliyinin təmin edilməsinə xidmət edir.
Bankın daxili proseslərinin beynəlxalq təhlükəsizlik yanaşmaları əsasında optimallaşdırılması müştərilər üçün etibarlı və fasiləsiz rəqəmsal xidmət mühiti yaradır. Bu sertifikat, həmçinin, bankın informasiya təhlükəsizliyinə strateji önəm verdiyini göstərir.
Qeyd edək ki, Kapital Bank PAŞA Holding-ə daxildir və 115 filialı və 50 şöbəsi ilə ölkənin ən böyük filial şəbəkəsinə malikdir. Ətraflı məlumat üçün https://kapitalbank.az saytına müraciət edə bilərsiniz.