Dow Jones zirvədə: Dünya fond bazarlarında son vəziyyət
Dünya fond bazarlarında Dow Jones indeksi rekord yüksəlişə nail olub. S&P 500 və Nasdaq indekslərində də artım müşahidə edilib.
Rock.News xəbər verir ki, Amerika fond bazarlarında Dow Jones indeksi 0,86% artaraq 47,882.9 bəndə yüksəlib. S&P 500 indeksi 0,3% artımla 6,849.72 bəndə, Nasdaq indeksi isə 0,17% artaraq 23,454.09 bəndə çatıb.
Avropa fond bazarlarında isə ziddiyyətli tendensiya hökm sürür. FTSE 100 indeksi 0,1% artaraq 9,692.07 bəndə yüksəlib, Almaniyanın DAX indeksi isə 0,07% azalaraq 23,693.71 bəndə düşüb. Fransanın CAC-40 indeksi isə 0,16% artaraq 8,087.42 bəndə çatıb.
Valyuta bazarına gəlincə, avronun dollara qarşı məzənnəsi 0,11% azalaraq 1.1658 dollar təşkil edib.