D-8 ölkələri Qahirədə bir araya gəldi: Ticarət sahəsində əməkdaşlıq güclənəcək
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ticarət nazirləri Misirin paytaxtı Qahirədə bir araya gələrək ticarət əməkdaşlığını gücləndirmək məsələlərini müzakirə ediblər.
Rock.News xəbər verir ki, bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi məlumat yayıb. Nazir müavini Səməd Bəşirli iclasda Azərbaycanın D-8 ölkələri ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, təşkilat üzv dövlətlər arasında ticarətin inkişafı üçün əhəmiyyətli platformadır.
İclasda ticarət inteqrasiyasının dərinləşdirilməsi, investisiya axınının artırılması və davamlı inkişafın təşviqi məsələləri müzakirə olunub. İqtisadi əməkdaşlığı yeni səviyyəyə qaldırmaq üçün ticarət forumlarının təşkili və işgüzar əlaqələrin qurulmasının vacibliyi vurğulanıb.
Sonda D-8 ölkələri Ticarət Əməkdaşlığı haqqında Qahirə Bəyannaməsini qəbul ediblər.