Almatıda zəlzələ: Şəhərdə sirenlər çalındı, sakinlər təşvişdə

Bu gün Qazaxıstanın Almatı şəhərində güclü zəlzələ baş verib. Şəhər sakinləri arasında təşviş yaşanır.

Rock.News xəbər verir ki, təxminən saat 12:45 radələrində şəhər sakinləri titrəyişləri hiss ediblər. Zəlzələnin gücü 2-3 bal olaraq qiymətləndirilir.

Şəhərdə sirenlər işə düşüb və bəzi sakinlərə təhlükə barədə telefon vasitəsilə xəbərdarlıq göndərilib. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Təcili Hallar seysmik stansiyalar şəbəkəsi zəlzələni qeydə alıb. Hələlik xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Bildirilir ki, Bişkek sakinləri də Almatı yaxınlığında baş verən zəlzələni hiss ediblər.