Azərbaycana smartfon idxalı azalıb, qiymətlər artıb – Rəqəmlər
Rock.News xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan smartfonların sayı 8.2% azalıb, dəyəri isə 3.7% artıb. 2024-cü ilin ilk 9 ayında Azərbaycana 289 milyon 239.7 min dollar dəyərində 1 milyon 36 min 868 ədəd smartfon gətirilmişdi.
Hesabat dövründə ölkəyə gətirilən bir smartfonun orta idxal qiyməti 536 manat təşkil edib. Müqayisə üçün, bu göstərici ötən ilin eyni dövründə 474 manat idi.
Smartfonlar əsasən Çin, Vyetnam, Hindistan, İndoneziya və Koreyadan idxal olunur. Çindən idxal olunan smartfonların orta qiyməti 510 manat, Vyetnamdan 618 manat, Hindistandan 976 manat, İndoneziyadan 467 manat, Koreyadan isə 204 manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 196.6 min ABŞ dolları dəyərində 1116 ədəd smartfon ixrac edilib. Bu məhsullar Gürcüstana (491 ədəd) və Çexiyaya (625 ədəd) ixrac olunub və orta qiyməti 299 manat olub.