«Airbus» təyyarələri geri çağırır: A320-lərdə problem aşkarlanıb
Fransanın təyyarə istehsalçısı «Airbus» A320 ailəsinə aid 628-ə qədər təyyarənin yoxlanıla biləcəyini açıqlayıb. Səbəb metal gövdə panellərində keyfiyyət problemlərinin aşkar edilməsidir.
Rock.News xəbər verir ki, bu barədə «Agence France-Presse» şirkətə istinadən məlumat yayıb.
«Airbus» rəsmi olaraq ən populyar A320 ailəsinə aid təyyarələrin bəzilərinin metal gövdə panellərində keyfiyyət problemlərinin mövcudluğunu etiraf edib.
Məlumatda deyilir ki, bazar ertəsi günü bildirilən metal panellərdə keyfiyyət problemləri aşkar edildiyi üçün 628-ə qədər A320 təyyarəsi yoxlanıla bilər. Lakin bu, bütün təyyarələrin eyni problemlə qarşılaşacağı anlamına gəlmir.