XİN könüllüləri qəbul etdi: Ayxan Hacızadə gənclərlə görüşdü
Rock.News xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.
Görüşdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə və Kadrlar idarəsinin rəisi Raman Məmmədov çıxış ediblər. Könüllülərə XİN-in iş fəaliyyəti, strukturu və proqramın məzmunu barədə ətraflı məlumat verilib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, 1 iyun 2019-cu il tarixində XİN nəzdində «Diplomatiya Könüllüləri» qrupu təsis edilib. Qrupun yarandığı gündən 300 nəfər könüllü proqramdan məzun olub.
Bu ilin avqust ayında elan olunmuş qəbul prosesi nəticəsində 1000-dən artıq namizəd qeydiyyatdan keçib və onlardan 95 nəfəri könüllü seçilib. 6 aylıq proqram çərçivəsində gənclərin XİN-in strukturu ilə tanışlığı təmin ediləcək, onlara təlimlər keçiriləcək, müxtəlif dövlət qurumlarına və işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olunacaq.
Proqramın əsas məqsədi könüllülərin xarici siyasət prioritetləri, regional və beynəlxalq təşəbbüslər, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri və Azərbaycan-Ermənistan normallaşma prosesi haqqında məlumatlılığını artırmaqdır.