Qarabağda hotellər qazandı: Gəlirlər rekord həddə çatdı – RƏQƏMLƏR

Qarabağ iqtisadi rayonunda yerləşən mehmanxana və hotel tipli obyektlər bu ilin yanvar-sentyabr aylarında 8 milyon 862 min 700 manat gəlir əldə edib.

Rock.News xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 60,3% çoxdur. Hesabat dövründə Şərqi Zəngəzur iqtisadi rayonunda mehmanxanalar 2 milyon 566 min manat gəlir əldə edib. Bu göstərici yalnız Laçın rayonunda qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Qarabağ iqtisadi rayonunda mehmanxana və hotel tipli obyektlərin məhsul və xidmət istehsalına çəkdikləri xərclər 16,4% artaraq 9 milyon 392 min 700 manat təşkil edib. 9 ayda Qarabağ iqtisadi rayonunda mehmanxana və hotel tipli obyektlərdə 56 108 nəfər yerləşdirilib. Onlardan 53 365 nəfəri Azərbaycan vətəndaşı, 2 743 nəfəri isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olub.

Şərqi Zəngəzur iqtisadi rayonunda (Laçın rayonu) mehmanxana və hotel tipli obyektlərdə yerləşdirilmiş şəxslərin sayı 16 259 nəfər təşkil edib. Onlardan 16 259 nəfəri Azərbaycan vətəndaşı, 39 nəfəri isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olub.