Pakistanda vəhşilik: Məmur və üç nəfər güllələndi

Pakistanda silahlı şəxslər ölkənin şimal-qərb hissəsində yerli icra nümayəndəsi də daxil olmaqla, 4 nəfəri qətlə yetirib.

Rock.News xəbər verir ki, yerli icra administratoru, onun iki cangüdəni və yoldan keçən təsadüfi bir insan silahlı hücumun qurbanı olub. Hücum ölkənin Xeybər-Paxtunxva vilayətində baş verib. Yerli polisin məlumatına görə, icra hakimiyyəti administratorunun maşını silahlılar tərəfindən pusquya salınıb. Hələlik hücumla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, dünən Pakistanın şimal-qərb hissəsində Lakki Mərvat bölgəsində polis maşını partladılıb və nəticədə bir polis zabiti həlak olub.