Ollandın Parisdəki mənzili qarət edildi: Keçmiş prezident şokda!

Fransanın sabiq prezidenti Fransua Ollandın Parisdəki mənzili qarət edilib. Hadisə nəticəsində sabiq prezidentə məxsus saat da daxil olmaqla bir sıra əşyalar oğurlanıb.

Rock.News xəbər verir ki, hadisə noyabrın 22-də baş verib və polis tərəfindən iki nəfər saxlanılıb. Oğurlanan saat tapılaraq Fransua Ollanda qaytarılıb.