Nazirlər Kabineti açıqladı: 2026-cı ildə 11 gün bayram tətili olacaq!
Rock.News xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı il martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı günləridir. Martın 21 və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, martın 25 və 26-sı da qeyri-iş günləri olacaq.
Həmçinin, gələn il martın 28 və 29-u Ramazan bayramı günləridir. Əmək Məcəlləsinə əsasən, Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri – martın 27 və 30-u da qeyri-iş günü olacaq.
Beləliklə, 2026-cı ilin mart ayında Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləri hesab olunur.