Milli Məclis büdcə zərfinin müzakirəsinə başladı: Deputatlar nələri dəyişəcək?
Milli Məclisdə 2026-cı ilin büdcə zərfinin ikinci oxunuşda müzakirəsi başlayıb. İclasda hökumət üzvləri iştirak edirlər. Büdcə zərfinin müzakirəsi iki gün davam edəcək.
Rock.News xəbər verir ki, 2 və 3 dekabr tarixlərində keçiriləcək iclaslarda bir sıra qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakirəyə çıxarılacaq. Bu qanunlar arasında Vergi Məcəlləsi, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında” və digər qanunlar yer alır.